Lavrov: “Ukraynaya döyüş təyyarələri tədarükü planları qəbuledilməz eskalasiyadır”

Dünya

28.05.2023 - 16:01

“Bütün qaydaları Avropa İttifaqının tərkibində olan Vaşinqton, London və onların peykləri diktə edir”

“Qərb ölkələrinin Ukraynaya döyüş təyyarələri vermək niyyəti qəbuledilməz eskalasiyadır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

XİN başçısının sözlərinə görə, Qərbdə belə hərbi yardımın nəticələrini anlayan ağıllı insanlar var: “Bununla belə, bütün qaydaları Avropa İttifaqının tərkibində olan Vaşinqton, London və onların peykləri diktə edir”.

Qeyd edək ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Qərb ölkələri Ukraynaya F-16 qırıcılarının tədarükü ilə bağlı müsbət qərar qəbul ediblər.

Ukrayna Müdafiə Nazirliyi isə bildirib ki, Kiyevə hərbi planlarını həyata keçirmək üçün 48 belə qırıcı lazımdır.

Müəllif: Ayna.az