Lavrov: “Trampın gəlişi ABŞ-ın Ukraynaya münasibətini dəyişməyəcək”

Dünya

14.11.2024 - 08:27

Həkimlər Klinikalar SEO Xidməti

“Vaşinqton həmişə çalışacaq ki, NATO məkanında baş verən hər şeyi öz nəzarəti altında saxlasın”

“Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Ukrayna böhranına münasibəti dəyişməyəcək. Vaşinqton hər şeyi öz nəzarətində saxlamaq istəyir”. AYNA bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalında “Vladimir Solovyovla axşam” verilişinə müsahibəsində deyib.

“Vaşinqton həmişə çalışacaq ki, NATO məkanında baş verən hər şeyi öz nəzarəti altında saxlasın. Avropa Birliyi isə indi hərbi-siyasi baxımdan NATO ilə eynidir. Bu necə həyata keçiriləcək, onlar yeni şəraitdə öz nəzarət funksiyalarının həyata keçirilməsini necə təsəvvür edirlər – bu, müxtəlif üsullarla həyata keçirilə bilər. Mən təxmin etmək istəmirəm, amma şübhə etmirəm ki, onlar bu prosesləri öz nəzarətlərində saxlamaq istəyəcəklər”, - Rusiya XİN başçısı qeyd edib.

Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı Ağ Evə qayıtsa, hələ inauqurasiyadan əvvəl Ukrayna münaqişəsini həll edəcəyinə söz vermişdi.

Müəllif: Ayna.az