“Biz ədalətli və davamlı sülhə nail olmaq üçün hər cür səyi yüksək qiymətləndirdiyimizi təsdiqləyirik”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün istənilən səyləri yüksək qiymətləndirdiklərini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Lavrov “International Affairs” jurnalının sualını cavablandırarkən deyib.
“Ukrayna nizamlanması üzrə çoxsaylı təşəbbüslərlə əlaqədar olaraq, biz ədalətli və davamlı sülhə nail olmaq üçün hər cür səyi yüksək qiymətləndirdiyimizi təsdiqləyirik”, - deyə Lavrov qeyd edib.
Rusiyanın XİN başçısı vurğulayıb ki, milli azlıqların hüquqlarına hörmət edilmədən istənilən münaqişədə ədalətə nail olmaq mümkün deyil: “Bu, xüsusilə Ukraynaya aiddir. Burada rus dili həmişə əhalinin əksəriyyəti üçün ana dil olub”.
“Lakin Vaşinqtonda, Londonda, Parisdə və Brüsseldə heç kim Kiyev rejiminin dəfələrlə və yüksək səslə bəyan etdiyi mövqeyinə münasibəti barədə bir kəlmə belə deməyib. Ukraynadan bəyanat səslənir: “Krımı, Donbası və digər torpaqlarımızı alacağıq” və “hər şeyi məhv edəcəyik”. Nəzərə almaq lazımdır ki, orada ruslar yaşayırlar”, - Rusiyanın baş diplomatı söyləyib.