Rusiyalı nazir ABŞ Prezidenti ilə söhbəti faydalı adlandırıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Romada “Böyük iyirmilik” (G20) Sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşünün təfərrüatlarını açıqlayıb.
AYNA TASS-a istinadən bildirir ki, rusiyalı nazir ABŞ Prezidenti ilə söhbəti faydalı adlandırıb: “Prezident Co Baydenlə qısa, lakin faydalı söhbətimiz oldu. O, Rusiya Prezidenti Vladimir Putinə salamlarını çatdırdı və gələcək təmaslara diqqət yetirdiyini söylədi”.
Nazir prezidentlərin təmaslarının yaxın gələcəkdə necə qurulacağını qısa şəkildə müzakirə etdiklərini bildirib: “Mən bu mesajı artıq Prezident Vladimir Putinə çatdırmışam. Düşünürəm ki, bu, qrafiklərimizi daha da qurmaq üçün faydalı olacaq”.