Latviya Seymindən qərar: Sovet əsgərlərinin xatirəsinə ucaldılan abidə sökülə bilər

Dünya

12.05.2022 - 15:13

Latviya Parlamenti Riqanı azad edənlərin xatirəsinə ucaldılmış abidənin sökülməsinə icazə verib

Latviya Seymi Riqanı faşist işğalçılarından azad edənlərə ucaldılmış abidənin sökülməsinə icazə verib. AYNA xəbər veriri ki, bu barədə "Delphi" nəşri məlumat yayıb.

Parlament Latviya-Rusiya sazişinin memorial tikililərin təhlükəsizliyini təmin edən 13-cü maddəsini ləğv edən qanun layihəsinə səs verib. Bununla da, söküntünün qarşısında duran hüquqi maneə aradan qaldırılmış olub. Lakin abidənin sökülməsi ilə bağlı qərarı Riqa Şəhər Şurası verməlidir.

Seymin 68 deputatı qanun layihəsinin lehinə, 20 deputatı isə əleyhinə səs verib. Riqada beynəlxalq müqavilənin maddəsinin icrasından imtina Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə bağlıdır. 

Deputat Krisjanis Feldmans səsvermədən əvvəl deyib: "Əminəm ki, Seym Rusiyanın imperialist və cinayətkar siyasətini dəstəkləyənlər istisna olmaqla, böyük yekdilliklə bu qanun layihəsini qəbul edəcək".

Qeyd edək ki, Sovet əsgərlərinin xatirəsinə ucaldılan abidənin açılışı 1985-ci ildə olub.

Müəllif: Ayna.az