Laçında silah-sursat aşkarlanıb

Xəbərlər

04.12.2023 - 15:13

4 avtomat, 5 tapança, 1 karabin və digər sursatllar aşkar olunaraq götürülüb

Laçın Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 4 avtomat, 5 tapança, 1 karabin və digər sursatllar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az