Laçında polislərlə hərbçilər birgə əməliyyat keçiriblər

Xəbərlər

29.06.2023 - 10:57

cedabet dərman SEO Xidməti

İki mimdən çox çətənə kolu məhv edilib

Laçında 842 kq çətənə bitkisi məhv edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən, ümumi çəkisi 842 kiloqram olan 2 019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş