Laçın sərhəd-keçid məntəqəsi atəşə tutuldu: hərbi qulluqçumuz yaralanıb

Xəbərlər

15.06.2023 - 10:14

cedabet dərman SEO Xidməti

“Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”

Bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş