Küçədə qalan var, bəlkə bizdən biridir...

Cəmiyyət

20.11.2019 - 16:12

Uşaq evlərindən çıxan məzunların aqibəti necə olur: Yola davam, yoxsa tamammı?

 

Azərbaycanda hər il onlarla uşaqdan imtina olunur, küçəyə atılır və ya könüllü şəkildə uşaq evlərinə verilir. Demək olar ki, bu uşaqlar dövlət himayəsinə verilsə də, həyatlarının hansısa dönəmində yenidən küçəyə qayıdır və sonrakı taleləri sual altında qalır.

 

Ümumilikdə, bütün uşaqların harada yaşaması, necə yaşaması, hansı işlə məşğul olması ilə bağlı əsaslı məlumat yoxdur. Çoxusunun yenidən küçə adamına çevrilməsi, potensial qurbanlar olduğu istisna edilmir.

 

Nəzərə alaq ki, ölkədə 10 minə yaxın valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaq var. Onlar dövlət himayəsindədirlər.

 

Əvvəllər internat evlərindən çıxan məzunların yaşayış yeri problem dərinliyini qoruyurdu, amma 2015-ci ildən dövlət tərəfindən uşaq evlərindən məzun olan bir qrup üçün “Məzun evi” (Abşeron rayonu, Masazır qəsəbəsi) deyilən yaşayış binası tikildi. Hər il ölkənin bir çox internat evlərindən çıxan bir neçə gənc bura yerləşdirilir. Hər il yeni sakinlər yerləşdirilirsə, bəs köhnə sakinlər hara gedirlər?

Raminə Eyvazqızı