Küçədə maska taxmayanlar cərimələnib

Xəbərlər

25.11.2020 - 14:56

Həkimlər Klinikalar SEO Xidməti

Reydlər zamanı mağazalara maskasız daxil olan alıcılar da qanunvericiliyə uyğun şəkildə cərimə ediliblər

 

Balakəndə karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və açıq ictimai məkanlarda polis əməkdaşları sakinlər arasında maarifləndirici söhbətlər aparır, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi, sosial məsafənin qorunmasının vacibliyi barədə tövsiyələr verir.

 

Reydlər zamanı mağazalara maskasız daxil olan alıcılar polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərmələrinin vacibliyi çatdırılıb. Açıq ictimai məkanlarda da bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi və yaxud tələb olunan normalara uyğun şəkildə taxmaması aşkarlanıb. Onların da barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

 

Həmçinin, rayon ərazisində müəyyən edilmiş qrafikə əsasən dezinfeksiya tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş