Krımda dəmir yolunda partlayış olub

Dünya

18.05.2023 - 10:53

Partlayış nəticəsində taxılla dolu beş vaqon relsdən çıxıb

Krımın Simferopol vilayətində dəmir yolunda partlayış baş verib. AYNA xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edilib ki, partlayış bu gün yerli vaxtla səhər saat 8:20-də baş verib. Partlayış nəticəsində taxılla dolu beş vaqon relsdən çıxıb.

Bildirilib ki, Simferopol - Sevastopol xəttində qatarların hərəkəti dayandırılıb.

Partlayışın səbəbləri araşdırılır.

Müəllif: Ayna.az