Krım atəşə tutulub

Dünya

16.07.2023 - 12:57

cedabet dərman SEO Xidməti

“Ukraynanın iki PUA-sı Qara dəniz üzərində vurulub”

Krım yenidən atəşə tutulub. Rusiya hərbçiləri Sevastopolda pilotsuz təyyarələrin hücumunu dəf ediblər.

AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Kiyev PUA ilə Krım ərazisindəki obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

“Ukraynanın iki PUA-sı Qara dəniz üzərində vurulub. Beşini elektron döyüş bölmələri zərərsizləşdirib. İi yerüstü pilotsuz uçan aparat isə kənar yolda məhv edilib”, - deyə məlumatda vurğulanıb.

Bildirilib ki, hadisə nəticəsində tələfat və dağıntı olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş