Peskov: “Krım məsələsinin qaldırılması liderlərin görüş ehtimalını şübhə altına alır”
“Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş olarsa, Krımla bağlı məsələnin müzakirəsi mümkün deyil”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Putinin sözçüsü qeyd edib ki, Krım məsələsinin qaldırılması liderlərin görüş ehtimalını şübhə altına alır.
Qeyd edək ki, Zelenskinin mətbuat katibi Sergey Nikiforov Ukrayna Prezidentinin Putinlə görüş keçirməyə hazır olduğunu bildirib. Nikiforov qeyd edib ki, liderlərin görüşündə danışıqlar yalnız işğal olunmuş ərazilər, Krım məsələsi ətrafında ola bilər.