“Biz istisna etmirik ki, ən yüksək səviyyədə telefon danışığı mövzusu yarana bilər”
Kreml istisna etmir ki, Ciddədə ABŞ-Ukrayna danışıqlarından sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tuta bilər. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, zərurət yaranarsa, danışıqlar “çox tez təşkil olunacaq”.
“Biz istisna etmirik ki, ən yüksək səviyyədə telefon danışığı mövzusu yarana bilər. Belə bir ehtiyac yaranarsa, çox tez təşkil olunacaq. Amerikalılarla dialoq üçün mövcud kanallar bunu kifayət qədər qısa müddət ərzində etməyə imkan verir”, - Peskov vurğulayıb.