Koronavirusla bağlı AZAL sərnişinlərinə müraciət!

Cəmiyyət

28.01.2020 - 23:12

Çində sürətlə yayılan təhlükəli koronavirusla bağlı ölən və yoluxanların sayı artır

 

Bir çox dövlətlər virusla mübarizə məqsədi ilə səylərini gücləndirib. Azərbaycanda da  dövlət səviyyəsində nəzarət və profilaktik tədbirlər davam edir, Nazirlər Kabinetinin son toplantısında  qabaqlayıcı tədbirlər planı hazırlanıb və bütün qurumlar məlumatlandırılıb.

 

 H.Əliyev adına Beynəlxalq Hava Limanında da virusun yayıldığı olkəyə gediş və gəlişlə bağlı vəziyyət nəzarətə götürülüb. Bu barədə Azərbaycan Hava Yolları Dövlət Konsernin(AZAL) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Paşa Kəsəmənski AYNA suallarını cavablandırarkən bildirib ki,  yoluxucu xəstəliyin ortaya çıxması səbəbindən və virusun yayılma riskinin minimuma endirilməsi məqsədilə “Azərbaycan Hava Yolları”nın rəhbərliyi tədbirlər planı imzalayıb:


“Sənəd hava gəmilərinin müvafiq profilaktika komplektləri ilə təchizatını və hava gəmisinin heyətinin təyyarədə virusa yoluxmuş sərnişinin olmasından şübhələndiyi təqdirdə necə davranmalı olduqları barədə təlimlərin keçirilməsini nəzərdə tutur. 


AzərbaycanBeynəlxalq Hava limanının göyərtəsində koronavirus sərnişinin olduğu güman edilən təyyarələr üçün karantin meydançaları hazırlanıb.


 
Bundan əlavə, hava limanlarında Azərbaycan gömrük orqanları tərəfindən müvafiq işlər görülür və H.Əliyev adına  Beynəlxalq Aeroportunun buraxılış məntəqələrində
 nəzarət gücləndirilib Öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının iltihabı kimi simptomları olan insanların müəyyən edilməsi üçün termometriya, tibbi müayinə, vizual müayinə və digər diaqnostik metodlardan, həmçinin teplovizorlardan (insan bədəninin hərarətini məsafədən müəyyən edən cihaz) istifadə gücləndirilmiş rejimdə aparılır.


 
Məlumatda həmçinin bildirilir ki, həmçinin mövcud epidemioloji   vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara  bilərlər. Aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət etmək, yaxud  onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq olar.

Müəllif: Raminə Eyvazqızı