Koronavirusa yoluxanların sayı 300 min nəfəri keçib

Dünya

22.03.2020 - 14:13

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus sürətlə yayılmaqda davam edir

 

Dünyada sürətlə yayılan COVİD-19 virusuna tutulanların sayı 300 min nəfəri keçib. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. 


Bu gün səhər saatlarında verilən məlumata görə dünyada 307 280 min nəfərdə virus aşkarlanıb, onlardan 13 049 nəfəri ölüb, 92 000 xəstə isə sağalıb. Siyahıya 81 348 nəfərlə Çin liderlik edir. İkinci yerdə isə 53 578 nəfərlə İtaliyadır. İtaliya ölənlərin sayına görə  4825 nəfərlə liderdir. ABŞ 26 747 nəfər virusa yoluxub və dünyada üçüncü yerdədir. 


İspaniya (25 496), Almaniya (22 364), İran (20 510), Fransa (14485), Cənubi Koreya (8897) və İngiltərə (5067)  virusa yoluxma faktı qeydə alınıb. Rusiyada isə 306 virusa yoluxan olub.

Müəllif: Təranə Xudabaxşiyeva

Pin up casino Pin-up casino giriş