Koronavirusa yoluxan BMT əməkdaşlarının sayı 900 nəfəri ötüb

Dünya

13.06.2020 - 07:43

Malidə sabitləşmə üzrə çoxsahəli kompleks missiyasının əməkdaşları arasında virusa yoluxanlar daha çoxdur 

 

Bütün dünyada BMT əməkdaşları arasında koronavirusa ümumilikdə 953 nəfər yoluxub.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.

 

“Dünənə olan məlumata görə, BMT-də ümumilikdə 953 idi (COVID-19-a yoluxanların qeydə alınan sayı - red)", - Dyujarrik deyib.

 

Onun sözlərinə görə, virusa yoluxanların əhəmiyyətli sayı Malidə sabitləşmə üzrə çoxsahəli kompleks missiyasının əməkdaşları arasında aşkarlanıb. Burada təşkilatın 187 sülhməramlısında COVID-19 aşkarlanıb, onlardan 2-si ölüb. Eyni zamanda təşkilatın təhlükəli virusa yoluxmuş 45 əməkdaşı sağalıb.

Müəllif: Ayna.az