Son sutkada koronavirus əleyhinə 4 min 451 nəfər vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 min 451 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3429, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 641 623, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 339 221, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 464, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 223 472, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 239 466 nəfər təşkil edir.