Koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

01.07.2022 - 17:39

Azərbaycanda bir gündə 2 minə yaxın şəxs vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1908 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 579, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 246, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 922, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 161 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 768 446, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 355 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 038, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 309 825, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 249 438 nəfər təşkil edir.

Müəllif: Ayna.az