Koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Aktual

10.06.2021 - 16:53

Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 2 662 038-dir

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 37 162 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 670, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 492 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 662 038, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 712 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 949 920 təşkil edir.

#

Müəllif: Ayna.az