Koronavirus əleyhinə vaksin olunanların sayı açıqlanıb

Xəbərlər

04.05.2021 - 16:59

Son sutkada 19 min 286 nəfərə peyvənd vurulub

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 19 286 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 584 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 536 328, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 980 005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 556 323 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Müəllif: Ayna.az