Son sutkada COVID-19-a qarşı 1509 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1509 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 239, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 237, üç və daha çox doza vaksin vurduranların sayı 894, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 139 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 845 853, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 371 238, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 758, üç və daha çox doza vaksin vurduranların sayı 3 356 073, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 257 784 təşkil edir.