Kömür mədəninin çökməsi nəticəsində 30 nəfər ölüb

Dünya

09.06.2020 - 19:10

Hadisə Əfqanıstanın Samanqan əyalətində baş verib

 

Əfqanıstanın Samanqan əyalətində kömür mədəni çöküb. Hadisə zamanı azı 30 nəfər ölüb. AYNA xarici mediaya istinadən bildirir ki, mədənin çökməsi zamanı 12 nəfər də yaralanıb.

 

İlkin məlumata görə, şaxtanın çökməsinə partlayış səbəb olub. Yaxınlıqdakı kəndlərdə güclü partlayış səsi eşidilib. Yerli sakinlər dağıntılar altında insanların qaldığını deyiblər.

 

Hakimiyyət orqanları hələlik həlak olanlar və xəsarət alanlar barədə dəqiq məlumata malik deyil.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar