Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ölkəmizə səfəri başlayıb
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərə gəlib. AYNA xəbər verir ki, bu barədə Klaar özünün "Twitter" səhifəsində yazıb.
"Bakıya qayıtmağıma şadam. Qarşılıqlı münasibətləri və gələcək addımları müzakirə etmək üçün sabahkı müzakirələri səbirsizliklə gözləyirəm", - deyə xüsusi nümayəndə bildirib.