Kiyevdə uşaq oyuncaqları hədəf alındı: “Kiddisvit” uşaq malları anbarı atəşə tutulub

Dünya

09.09.2026 - 20:22

Anbarı Rusiya reaktiv dronu tərəfindən dağıdılıb: şirkət ciddi itkilərlə üzləşib

Kiyevdə oyuncaq və uşaq məhsullarının distribütoru olan “Kiddisvit”in anbarı Rusiyanın dron hücumu nəticəsində tamamilə dağıdılıb. Şirkət ciddi itkilərlə üzləşib. AYNA.AZ “RBC-Ukraine”ya istinadən bildirir ki, bu barədə “Kiddisvit”in həmtəsisçisi Pavel Ovçinnikov məlumat verib.

Ovçinnikov qeyd edib ki, rusiyalı hərbçilər uşaq oyuncaqlarını hədəf alıblar.

"Ən əsası işçilərimizin təhlükəsiz olmasıdır. Şirkətin heç bir işçisi xəsarət almayıb. Nəticələrin aradan qaldırılması ilə məşğuluq - ciddi ziyan dəyib ", - deyə o, aydınlıq gətirib.

Ovçinnikov şirkətin mümkün olan hər şeyi etdiyini söyləyib: öhdəliyi yerinə yetirmək, logistika axınlarını yenidən qurmaq, mümkün qədər tezliklə tam işi bərpa etmək üçün bir həll yolu tapmaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş