“Kimi dindirirsən, deyir ki, pulumuz yoxdur” - <font color=red> Nazirlik də təngə gəlib</font>

Cəmiyyət

19.02.2020 - 12:53

Vaqif Cavadov: “Vətəndaşlardan yığılan pulların hara getdiyi də bilinmir”

 

Ötən günlərdə Qusarçayın sahili boyunca bir neçə ərazidə məişət tullantılarının qalaqlanmsı ilə bağlı şikayəti ictimailəşdirmişdik. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dərhal reaksiyası oldu. Belə ki, Aşağı Xuc kəndi ərazisində, Qusarçayın sahili qalaqlanmış zibillərdən təmizləndi.

 

Amma kənd sakini həmin ərazidə məişət tullantıları üçün zibil qablarının qoyulmasını da tələb edirlər. Çünki çay sahilinin çox hissəsi hələ də zibillənməkdə davam edir və hazırda əsas problem məişət tullantıları üçün xüsusi yerin ayrılmamasıdır.

 

Ölkənin turistik bölgəsi sayılan Quba, Qusar, Xaçmazın zibili bizi nə vaxta qədər utandıracaq?

 

ETSN-in 5 saylı regional idarəsinin rəisi Vaqif Cavadov AYNA-ya açıqlamasında deyib ki, qeyd olunan çaysahili ərazilərdə illərdir zibil yığılaraq qalır: “Qusarçayın sahili boyu və dərəsinə kim əlinə nə keçirsə, atır. Bir hissəni öz hesabımıza təmizləmişik. Məsələ ondadır ki, o ərazidə tullantılar üçün poliqon yoxdur, rayon mərkəzinə getmək üçün kilometrlərlə yol qət etmək lazımdır. Bunun üçün isə nəqliyyat vasitəsi olmalıdır”.

Raminə Eyvazqızı