Bütün yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin olunub
Kəlbəcərdə müxtəlif təyinatlı yollar qardan təmizlənib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Kəlbəcər rayonuna yağan qar nəticəsində müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün Agentlik tərəfindən tədbirlər görülüb, yollar qardan təmizlənib.
Bütün yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin olunub.