Kəlbəcərdə mina partlayıb: 73 yaşlı kişinin ayağı amputasiya edilib

Xəbərlər

14.08.2026 - 10:15

ANAMA, DİN və Baş Prokurorluq vətəndaşlara çağırış edib

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA məlumat yayıb.

Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunun Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

TƏBİB-dən bildirilib ki, Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub: "Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş