İlhaz Qələviyev məhkəmə qarşısına çıxarılıb
Kazan məktəbində şagird və müəllimləri güllələyərək terror törədən İlhaz Qələviyev məhkəmə qarşısına çıxarılıb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, o, günahını etiraf edib.
Məktəb binasında ən az 17 dəfə atəş açan müttəhim heç bir ağır xəstəliyinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Qələviyev istintaq müddətində 2 aylıq azadlıqdan məhrum edilib.
Qeyd edək ki, faciə mayın 11-də baş verib. Məktəbə silahlı hücum zamanı 11 nəfər həlak olub, daha 23 nəfər xəsarət alıb.