Karapetyan: "Azərbaycanlı deputatlar artıq Ermənistana gəliblər" 

Xəbərlər

21.02.2022 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

"Təbii ki, bu dəfə də bu formatda institusional təmas olacaq"

"Azərbaycanlı deputatlar artıq Ermənistana gəliblər". AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Mülki müqavilə” fraksiyasının deputatı Mariya Karapetyan deyib.

“İki deputat və bir müşayiətçi gəldi. Xatırladığım qədər, deputatlardan biri bitərəf, digəri isə hakim Yeni Azərbaycan Partiyasındandır”, - Karapetyan bildirib.

M.Karapetyan azərbaycanlı deputatlarla təmaslar nəzərdə tutulubmu sualına belə cavab verib: “Erməni deputatların bütün ölkələrin parlamentariləri ilə, o cümlədən azərbaycanlı deputatlarla ezamiyyətə gedəndə institusional formatlarda ünsiyyəti olub. Təbii ki, bu dəfə də bu formatda institusional təmas olacaq. Başqa heç nə gözləmək olmaz”.

Qeyd edək ki, Avronest Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvləri, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov komitənin fevralın 22-də İrəvanda keçiriləcək iclasında iştirak edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş