Karantinin “qırxı” çıxdı, izdiham başladı

Dünya

05.05.2020 - 14:13

Mağazalar qarşısında yaranan izdihamda qaydaları pozanları polis saxlayıb

 

Hindistanda karanrin və sərt məhdudiyyətlərin yumşaldılması prosesi davam edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, 40 gün sonra insanların küçəyə çıxması sıxlığa səbəb olub.

 

Minlərlə insan xüsusən, alkoqollu içki üçün mağaza növbələrinə düzülüb. Sosial məsafə, hər hansı qoruyucu vasitələrdən istifadə etməyən insan kütləsi hökümətdə narahatlıq yaradıb.

 

Hətta mağazalar qarşısında yaranan izdihamda qaydaları pozanları polis saxlayıb. Hindlilərin uzun karantindən sonra bu davranışları, hökümətin spirtli içki mağazalarına qoyulan verginin faizini artırmasına səbəb olub. Delhi əyalətinin rəhbəri  Arvind Kejrival deyib ki, spirtli içkilərə qoyulan vergi 70 faizə çatdırılıb.

 

Qeyd edək ki, Hindistanda koronavirusdan ölənlərin sayı 1566  nəfər, yoluxma faktı isə 46 min 437-dir.

 

Müəllif: Ayna.az