Kanadanın Baş Nazirindən ABŞ-dakı etirazlara reaksiya

Dünya

03.06.2020 - 17:07

Custin Tradeu: “Baş verənləri qorxu və təəccüblə izləyirik”

 

ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ilə başlayan nümayişlər davam edir. AYNA xəbər verir ki, Kanadanın Baş Naziri Custin Tradeuya mətbuat konfransında etiraz aksiyaları ilə bağlı sual verilib.

 

Tradeunun sualdan sonra bir dəqiqəyə yaxın susması diqqətləri cəlb edib. Belə ki, Baş Nazir bir neçə saniyə susandan sonra suala bir cümlə ilə cavab verib: “ABŞ-da baş verənləri qorxu və təəccüblə izləyirik”. Tradeunun cavabı yüzminlərlə insan tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

 

Qeyd edək ki, ABŞ-da Corc Floyd adlı qaradərili polis tərəfindən qətlə yetirilib. Bundan sonra insanlar küçələrə çıxaraq qaradərilinin öldürülməsinə qarşı etiraza qalxıblar. Aksiyalar 4 gündür ki davam edir. 

Müəllif: Ayna.az