Kaliforniyada neft zavodunda partlayış baş verib, xəsarət alanlar var

Dünya

02.02.2025 - 12:53

Həkimlər Klinikalar SEO Xidməti

Müəssisənin üç işçisi yüngül xəsarət alıb

Kaliforniyanın Martines şəhərində neft emalı zavodunda yanğın baş verib, azı üç nəfər xəsarət alıb.

AYNA xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb.

Qəzetə görə, hadisə “Shell Avenue”da olub. Jurnalistlər partlayış və genişmiqyaslı yanğına karbohidrogenlərin sızmasının səbəb olduğunu öyrəniblər. Müxbirlərin bildirdiyinə görə, özünütəcrid əmri yanğın başladıqdan üç saat sonra verilib.

Müəssisənin üç işçisi yüngül xəsarət alıb, neft emalı zavodunun bütün işçiləri təxliyə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş