Kaladze yenidən Tiflisin meri seçilib

Dünya

31.10.2021 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

Batumi, Rustavi, Kutaisi və Potidə də hakim partiyanın namizədləri qalib gəliblər

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 30-da keçirilmiş təkrar seçkilərin bəzi dairələr üzrə ilkin nəticələrini açıqlayıb.

AYNA gürcü mediasına istinadən bildirir ki, paytaxt Tiflisin 769 seçki məntəqəsinin 99,87 faizində səslər sayılıb. Nəticəyə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 55,6 faiz səs toplayaraq yenidən paytaxt meri seçilib.

Onun rəqibi olan müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 44,4 faiz səs toplayıb.

Qeyd edək ki, Kaladze Tiflis meri vəzifəsinə ilk dəfə 2017-ci ilin noyabrında seçilib.

MSK-nın məlumatına görə, Gürcüstanın iri şəhərləri olan Batumi, Rustavi, Kutaisi və Potidə də hakim partiyanın namizədləri qalib gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş