Kabildə iki sərnişin avtobusunda partlayış olub

Dünya

15.03.2021 - 02:17

Terror nəticəsində 3 nəfər ölüb, 12 yaralı var

 

Əfqanıstanın paytaxtı Kabilin ayrı-ayrı yerlərində iki sərnişin avtobusu partladılıb. AYNA xarici mediaya istinadən bildirir ki, partlayışlar təxminən bir saat ərzində gerçəkləşdirilib.

 

Terror aktları nəticəsində 3 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı bildirilir.

 

Hələ ki, hadisəni heç bir qruplaşma üzərinə götürməyib.

 

Müəllif: Ayna.az