Hava limanında baş verənlərin videosu yayılıb
Yüzlərlə insan Əfqanıstanın paytaxtı Kabildəki hava limanına toplaşaraq ölkəni tərk etməyə çalışır. AYNA xəbər verir ki, hava limanında baş verənlərin videosu “Disclose.tv”nin “Twitter” hesabında yerləşdirilib.
Kadrlardan görünür ki, hava limanının girişində sıxlıq var. Viodeoda silah səslərinə bənzər səslər də videoda eşidilir.
Qeyd edək ki, daha əvvəl Kabil aeroportundan bütün ticarət uçuşlarının ləğv edildiyi bildirilmişdi.
Xatırladaq ki, dünən Taliban hərəkatı Əfqanıstanın paytaxtı Kabilə daxil olub. Taliblər hakimiyyəti götürdüklərini elan ediblər. Əfqanıstanda müvəqqəti hökumət yaradılıb.
Xarici media mənbələrinə istinadən yazır ki, ölkənin Prezidenti Əşrəf Qaninin Əfqanıstanı tərk edib. Onun Özbəkistana uçduğu deyilir.