Mərhum Mərdəkan qəbiristanlığında doğmalarının yanında torpağa tapşırılıb
Bu gün vəfat edən tanınmış qocaman jurnalist Məzahir Süleymanzadə dəfn olunub.
AYNA xəbər verir ki, mərhum Mərdəkan qəbiristanlığında doğmalarının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində media nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.
Çıxış edənlər M.Süleymanzadənin media və idman sahəsindəki xidmətlərindən bəhs edərək, onun vəfatının ciddi itki adlandırıblar.
Qeyd edək ki, M.Süleymanzadə bu gün 70 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!