"Johnson & Johnson" peyvənd istehsalını dayandırıb

Dünya

08.02.2022 - 23:54

Həkimlər Klinikalar SEO Xidməti

İstehsalın dayandırılması müvəqqətidir

"Johnson & Johnson" koronavirus peyvəndinin istehsalını dayandırıb. AYNA xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, 2021-ci ilin sonunda şirkət vaksinin istehsal olunduğu Niderlandın Leyden şəhərindəki zavodunu bağlayıb. İstehsalın dayandırılması müvəqqətidir: fasilədən sonra zavodda vaksinin istehsalı bərpa olunacaq.

Qəzetin yazdığına görə, şirkət mart ayında Leydendə dərman istehsalına yenidən başlamağa hazırlaşır.

İstehsalda yaranan fasilə səbəbindən vaksinin tədarükü bir neçə milyon doza azaldıla bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş