"Leonid Slutskinin parlament fraksiyası sədrinin vəzifələrini icra etməsi qərara alınıb"
Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bu gün ölən Rusiya Liberal Demokrat Partiyası (LDP) parlament fraksiyası sədrinin vəzifələrini yerinə yetirəcək. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə LDP-nin parlament fraksiyası sədrinin müavini Yaroslav Nilov deyib.
"Fraksiyanın iclasında Leonid Slutskinin bu gün vəfat etmiş Vladimir Jirinovskinin əvəzinə RLDP parlament fraksiyası sədrinin vəzifələrini icra etməsi qərara alınıb", - deyə Nilov qeyd edib.
Xatırladaq ki, Jirinovski bu gün koronavirusdan müalicə aldığı xəstəxanada ölüb.