İzmir sahillərində 14 qeyri-qanuni miqrant yaxalanıb

Dünya

24.07.2023 - 21:28

cedabet dərman SEO Xidməti

Rezin qayıqda bir qrup nizamsız miqrant təsbit edilib

Türkiyənin İzmir vilayətinin Dikili rayonu sahillərində rezin qayıqla hərəkət edən 14 qeyri-qanuni miqrant saxlanılıb.

AYNA xəbər verir ki, Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alan açıqlamaya görə, rayon sahillərində rezin qayıqda bir qrup nizamsız miqrant təsbit edilib və bir Sahil Mühafizə gəmisi bölgəyə göndərilib.

Ekipaj heyəti hərəkətdə olarkən dayandırılan qayıqda 14 immiqrantı yaxalayıb.

Qeyri-qanuni miqrantlar Rayon Miqrasiya İdarəsinə təslim edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş