İtkin düşən daha iki hərbçinin nəşi tapılıb

Xəbərlər

22.05.2021 - 12:19

Həkimlər Klinikalar SEO Xidməti

Prokurorluq iki hərbçinin nəşinin tapıldığını açıqlayıb

 

Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşən daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

 

Bu barədə AYNA-ya Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, itkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş