İtaliya karantinlə vidalaşır

Dünya

27.04.2020 - 14:40

cedabet dərman SEO Xidməti

Hökumət yeddi həftəlik sərt karantin rejimini yüngülləşdirmək planlarını açıqlayıb

 

İtaliya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün yeddi həftəlik sərt karantin rejimini yüngülləşdirmək planlarını açıqlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Baş Nazir Cüzeppe Konte açıqlama verib.

 

O, insanların az sayda qohumlarını ziyarət etmələrinə icazə verildiyini, 4 maydan etibarən isə karantinin daha da yumşaldılacağını bəyan edib. Qərara əsasən, parklar, fabriklər yenidən açılacaq, lakin məktəblərdə sentyabr ayına qədər dərslər bərpa edilməyəcək.

 

Məlumatda deyilir ki, son günlər ölüm sayı azaldığı üçün hökumət yumşalma qərarına gəlib. Belə ki, bazar günü ölkədə 260 ölüm faktı qeydə alınıb və bu, martın 14-dən bu yana ən aşağı göstərici hesab olunur.

 

Qeyd edək ki, indiyədək İtaliyada 26644 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib. Ölkədə ümumi yoluxma sayı isə 197675 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş