İtaliya Britaniya vətəndaşları üçün karantini ləğv edir

Dünya

30.08.2021 - 09:38

Həkimlər Klinikalar SEO Xidməti

Digər ölkələrdən gələn səyahətçilər üçün mövcud məhdudiyyətlər qüvvədə qalıb

 

İtaliya vaksinasiyadan keçmiş və koronavirus testinin nəticəsi mənfi olan Birləşmiş Krallıq vətəndaşları üçün karantin məcburiyyətini ləğv edir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Roberto Speranza məlumat verib.

 

Nazir bildirib ki, İtaliya peyvənd prosesini tamamlayan və testin nəticəsi mənfi olan Britaniya səyahətçiləri üçün 5 günlük məcburi karantini avqustun 31-dən ləğv edəcək.

 

Qeyd edək ki, digər ölkələrdən gələn səyahətçilər üçün mövcud məhdudiyyətlər qüvvədə qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş