İsveçrədə Rusiya kanallarının yayımı dayandırılmayıb

Dünya

26.03.2022 - 04:36

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyaya qarşı sanksiyalar artmaqdadır

İsveçrə Konfederasiyası hökuməti Avropa İttifaqının Rusiyaya qarşı dördünücü tədbirlər paketinə qoşulsa da, ölkədə Rusiya kanallarının yayımı dayandırılmayıb.

AYNA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, Aİ ölkələrindən fərqli olaraq Konfederasiya ərazisində RT televiziyası və “Sputnik” radiosunun yayımı dayandırılmayacaq.

Avropanın sanksiyalarına müvafiq olaraq Rusiyanın əksər şirkətləri ilə bank əməliyyatları aparılmayacaq, sanksiya siyahısına düşən malların bu ölkəyə ixracına icazə verilməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş