Xilasetmə əməliyyatları keçirilən ərazi ictimaiyyət üçün bağlanıb
İsveçrədə ekskursiya təyyarəsi qəzaya uğrayıb, pilot və hər iki sərnişin həlak olub.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə yerli RTN radiostansiyası məlumat yayıb.
Təyyarənin şənbə günü səhər Pont de Martel bölgəsində dağlıq ərazidə qəzaya uğradığı dəqiqləşdirilir. Xilasedicilər və Neşatel kantonunun polisi qəza yerinə çata bilib. Pilot və hər iki sərnişin həlak olub.
Xilasetmə əməliyyatları keçirilən ərazi ictimaiyyət üçün bağlıdır.
Polisin məlumatına görə, təyyarə çətin relyefdə qəzaya uğrayıb və bu, xilasedicilərin işini xeyli çətinləşdirib.
Faktla bağlı araşdırma aparılır.