İsveçin Baş naziri ABŞ-a səfər edəcək

Dünya

02.07.2023 - 05:14

cedabet dərman SEO Xidməti

Kristersson: "Prezident Baydenlə görüşü səbirsizliklə gözləyirəm"

İsveçin Baş naziri Ulf Kristersson ABŞ-a səfər edəcək. AYNA SVT-yə istinadən xəbər verir ki, iyulun 5-də baş tutacaq səfər çərçivəsində Baş nazir Kristersson Ağ Evdə Prezident Co Baydenlə görüşəcək.

"Mən şadam ki, Prezident Bayden NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl məni görüşə dəvət edir. Mən Prezident Baydenlə görüşü səbirsizliklə gözləyirəm", - Baş nazir Ulf Kristersson SVT-yə müsahibəsində deyib.

Ağ Evə səfərin əsas mövzusu iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək hərbi alyansın sammiti öncəsi İsveçin NATO-ya üzvlüyünün gedişatıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş