Çəkisi 1850 kiloqram balıq məhsulları və alkoqolsuz içkilər poliqonda məhv edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan AYNA-ya verilən məlumata görə, “Fenix Trade” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 1850 kiloqram balıq məhsulları və alkoqolsuz içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.