İstehlaka yararsız ət aşkarlanıb

Xəbərlər

23.08.2023 - 16:12

cedabet dərman SEO Xidməti

Tələblərə cavab verməyən 150 kiloqram istehlaka yararsız ət aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndində vətəndaş Elmir Kərim oğlu Nəbiyevə məxsus həyətyanı sahəyə baxış keçirilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ hüquqi aktların tələblərinə cavab verməyən 150 kiloqram istehlaka yararsız ət aşkarlanıb.

Müayinələrin aparılması üçün ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Eyni zamanda, istehlaka yararsız ət saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş