İstanbulda müalicə alan qazilərimizə baş çəkilib

Xəbərlər

26.06.2021 - 20:54

Həkimlər Klinikalar SEO Xidməti

Dünya azərbaycanlıları qazilərin vəziyyəti ilə maraqlanıblar

 

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya azərbaycanlıları İstanbulda müalicə alan, qürur mənbəyimizə çevrilmiş qazilərimizə baş çəkib, onların vəziyyəti ilə maraqlanıblar. Bu barədə AYNA-ya komitədən bildirilib.

 

Qeyd edilib ki, görüş zamanı mərd oğullarımızın göstərdiyi şücaət və qəhramanlıqdan söz açılıb, harada yaşamasında asılı olmayaraq hər bir azərbaycanlının Vətən uğrunda canından keçən şəhidlərimizlə və sağlamlığını itirən qazilərimizilə fəxr etdiyi, qürur duyduğu vurğulanıb.

 

Komitə sədri Fuad Muradov şəhid ailələrinə, qazilərə  dövlət səviyyəsində hərtərəfli qayğı göstərildiyini və bunun dövlətimiz üçün prioritet məsələ olduğunu xüsusi ilə qeyd edib. F.Muradov əlavə edib ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız və diaspor nümayəndələri may ayı boyunca keçirilən “YAŞAT” marafonunda yaxında işitrak etməklə, şəhid ailələrinin və qazilərimizin yanında olduqlarını nümayiş etdiriblər.

 

Qazilərə ən qısa zamanda sağlamlıqlarına qovuşmağı diləyən ziyarətçilər qarşıdan gələn 26 iyun- Silahlı Qüvvələr Günü münasibəti ilə  onları təbrik edib, Vətən uğrunda  müqəddəs və şərəfli xidmətlərinə görə bir daha hər birinə təşəkkür ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş