Tur gəmisinin batma səbəbi məlum deyil
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda Yenikapı sahilində tur gəmisi batıb.
AYNA “Haber Global”a istinadən xəbər verir ki, gəmidə olan 3 nəfər öz imkanları ilə sahilə çıxa bilib.
Yenikapıda lövbər salan tur gəmisi naməlum səbəbdən batıb.
Bir hissəsi batmış gəminin hələ də eyni vəziyyətdə suda olduğu bildirilir.